Close

Zelenski Ukraynanın itkilərini açıqlayıb

Müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 100 minə yaxın hərbçi itirib.

TNS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "CBS News" telekanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibəsində deyib.

Zelenski Rusiyanın Ukrayna ərazisində 1700 məktəbə, 780 xəstəxanaya hücum etdiyini, 600 uşaq olmaqla 13 min dinc sakini öldürdüyünü bildirib.

“Xalqımız mümkün olan ən yüksək bədəli ödəyib. Bütün pulumuzu itirdik-maddi baxımdan sahib olduğumuz hər şeyi. Amma ən əsası, insanlarımızı itirdik”,- Ukrayna lideri qeyd edib.