Close

Qadınların iş saatı azaldılır

Rusiyada qadınların iş vaxtının bir saat azaldılması təklif olunur.

TNS xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı İqor Antropenko bildirib.

Millət vəkili öz mövqeyini uşaqların əlavə təhsil dərnəklərinə, idmana getməsi və anaların işdən sonra uşaqlarını müşayiət etməsinin çətin olması ilə əsaslandırıb.

Deputat əlavə edib ki, qadının ailəsi, övladı olmasa belə, işə hazırlaşmaq üçün hər gün əlavə bir saat lazımdır.  

Onun fikrincə, əgər ölkədə demoqrafik göstəricilərin artırılmasından danışılırsa, o zaman gənc qızlara şəxsi həyatlarını qurmaq üçün vaxt vermək lazımdır.