Close

10:41
17 Aprel 2025

Netanyahu Makrona görə oğlunu danladı

İsrailin Baş naziri Benyamin Netanyahu oğlu Yairi Fransa Prezidenti Emmanuel Makronla bağlı fikir bildirdiyi üçün danlayıb.

TNS mignews.com-a istinadən xəbər verir ki, Netanyahunun oğlu “X” hesabında Makronu Fələstin dövlətini tanımaq niyyətinə görə tənqid edib.

"Ölkənin gələcəyini düşünən əsl sionist olan oğlum Yairi sevirəm. Onun da öz şəxsi fikrini söyləmək hüququ var, baxmayaraq ki, cavab tərzi mənim üçün qəbuledilməzdir”,- Baş nazir bildirib.

Netanyahu qeyd edib ki, Prezident Makron  böyük səhv edir: “ O, yeganə məqsədi İsrail dövlətini məhv etmək olan Fələstin dövləti ideyasını təbliğ etməyə davam edir".