HƏMAS-ın snayper dəstəsinin komandir müavini öldürüldü
9
21:59 - 13 Aprel 2025

İsrail Ordusu Qəzza zolağının Deir əl-Balah bölgəsində HƏMAS qruplaşmasının snayper dəstəsinin komandir müavini Ubeyd Naim əl-Xədhud Musanın zərərsizləşdirildiyini açıqlayıb.
TNS xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ubeyd Naim əl-Xədhud Musa HƏMAS-ın Deir əl-Balah bölgəsindəki snayper dəstəsinin rəhbərinin müavini olub. O, hərəkətdə olan avtomobilində hədəf alınaraq məhv edilib.