İlk dəfə «Instagram»ı keçdi

"ChatGPT" tətbiqi ilk dəfə olaraq "Instagram"ı keçərək dünyada ən çox yüklənən tətbiq olub.
TNS xəbər verir ki, 2025-ci ilin mart ayında "ChatGPT"nin yüklənmələrinin sayı fevral ayı ilə müqayisədə 28% artaraq 46 milyona yüksəlib.
Ötən ay "ChatGPT" tətbiqi "iOS" platformasında 13 milyon dəfə, "Google Play" platformasında isə 33 milyon dəfə yüklənib.
Əslində mart ayında İnstagram tətbiqi də 46 milyon dəfə yüklənib, amma sonuncuda göstəricilər azalaraq bu həddə düşüb.
Martda 3-cü ən çox yüklənən tətbiq "Tik-Tok" olub – 45 milyon dəfə.
Ən çox yüklənən tətbiqlərin siyahısında 4-cü və 5-ci yerləri "Facebook" və "WhatsApp" tutub – 36 və 35 milyon dəfə.
Qlobal tətbiq bazarının 6-cı yerini Çinin onlayn ticarət platforması olan "Temu2 tutur – 32 milyon dəfə.
Ən çox yüklənən tətbiqlərin ilk 10-luğunda "CapCut", "Telegram", "Snapchat" və "Threads" tətbiqləri də var.