Close

23:20
14 Aprel 2025

İnsan sümükləri satan qadın həbs edilib

ABŞ-nin Florida ştatında bir qadın suvenir mağazasında insan sümüklərini satdığı üçün həbs edilib.

TNS xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

İstintaq müəyyən edib ki, 52 yaşlı Kimberli Şopper ozünün suvenir mağazasında onlayn şəkildə insan sümükləri satışı ilı məşğul olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları internet mağazanın çeşidində körpücük sümüyü, fəqərə və qabırğa aşkar ediblər. Həmçinin, qiyməti 600 dollar olan natamam bir insan kəlləsi də satılanlar arasında olub.

Məhkəmə-tibbi ekspertiza nəticəsində məlum olub ki, kəllə parçası böyük ehtimalla arxeoloji tapıntıdır və ekspertlərin fikrincə, 100 ildən çox yaşı var.

Telekanalın məlumatına görə, qadın həbs edilsə də, daha sonra 7500 dollar girov müqabilində sərbəst buraxılıb.