Close

23:20
14 Aprel 2025

Ukraynaya hücum: 34 ölü, 117 yaralı - FOTO + YENİLƏNİB

Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 34-ə, yaralıların sayı isə 117 nəfərə çatıb.

17:09

Rusiyanın hücumu nəticəsində ölənlərin və yaralananların sayı artıb. 

TNS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

O bildirib ki, Rusiyanın hücumu nəticəsində iki uşaq olmaqla, 31 nəfər həlak olub, 10-u uşaq olmaqla, 80-dən çox insan xəsarət alıb.

12:59

Bu gün Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. 

TNS xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.

Hücum nəticəsində 20-dən çox sakin ölüb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.

fe07239b-e92d-3f1b-a3fc-5c57257b64f3_850