Forumda maraqlı anlar: Naziri rok ulduzuna bənzətdilər
17
12:04 - 13 Aprel 2025

Türkiyədəki Antaliya Diplomatik Forumunda maraqlı anlar yaşanıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Forum çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovu moderator rok ulduzuna bənzətdiyini bildirib. Lavrov isə cavabında diplomatların rok ulduzlara bənzədilməsində pis heç nə yoxdur deyib:
“Dövlət başçıları real rok ulduzlardırsa, onda diplomatların da buna bənzədilməsində qəbahət yoxdur. İnsanlar belə bəyənir və əyləncəli görürlərsə, yaxşı haldır”.