Bu şirkət işçi axtarır - Maaş 1200 manat

AZREF şirkəti satınalma üzrə mütəxəssis axtarır.
TNS xəbər verir ki, vakansiya üzrə son tarix mayın 11-ə kimidir.
Vəzifə öhdəlikləri
Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
Xarici sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək;
Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması;
Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
Təchizatla əlaqədər rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək.
Tələblər
Yaş həddi 23-35;
Qadın namizəd tələb olunur;
Ali təhsil;
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
Azərbaycan dili səlis, ingilis dilini əla səviyyədə bilməli;
1C , MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;
Punktual, məsuliyyətli, ünsiyyətcil, sürətli qərar verəbilmə və inandıcırılıq qabiliyyəti;
Komandada işləmək, problem həll etmə, araşdırma, sürətli öyrənmə bacarıqları;
Xarici bazarı və onun özəlliklərini yaxşı tanımalı;
Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: I-V gün 09:00-18:00
Əmək haqqı: 1000-1200 azn
Maraqlanan namizədlər mövzu yerində öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (muradbaxsaliyev@gmail.com).