Daha bir dağıdıcı zəlzələ
44
10:03 - 13 Aprel 2025

Qazaxıstanın cənubunda 3 maqnitudalı zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Almatı şəhərindən 673 km cənub-qərbdə, Tacikistan ərazisində yerləşib.
Yeraltı təkanlar Şımkent və Taraz şəhərlərində 3 bal, Türküstan şəhərində isə 2 bal gücündə hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, bir saat öncə isə Tacikistanda 6,1 maqnitudalı zəlzələ olub.