Zelenski ciddi şəkildə hazırlıqlara başlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ictimai bəyanatlarına baxmayaraq, seçkilərə fəal şəkildə hazırlaşmağa başlayıb.
TNS xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün “Telegram” kanalında bildirib.
O qeyd edib ki, Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba seçki kampaniyasının intellektual komponenti üzərində işləyir.
Dubinskinin sözlərinə görə, Zelenskinin kampaniyasını həyata keçirmək üçün siyasi strateqlər Dmitri Tsarenko və Viktor Berezenko gətirilib.
Bundan əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk da bildirib ki, Ukraynada seçkilərə hazırlıq başlayıb.