Close

20 ildən sonra ilk SƏFƏR

Suriyanın maliyyə naziri, xarici işlər naziri və mərkəzi bankın rəhbəri bu ay Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik yaz toplantılarına qatılmağı planlaşdırır.

TNS xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu, Suriya hökumətinin yüksək rütbəli nümayəndə heyətinin ən azı iyirmi ildə ABŞ-yə ilk səfəri olacaq. Həmçinin, bu səfər Suriyanın yeni hakimiyyət orqanlarının da ABŞ-yə ilk yüksək səviyyəli səfəridir.

İki mənbənin “Reuters”ə verdiyi məlumata görə, xarici işlər naziri Əsəd Həsən əl-Şibani, maliyyə naziri Məhəmməd Yosr Berni və Mərkəzi Bankın rəhbəri Abdülqadir Husriyenin ABŞ-yə viza alıb-almadıqları hələ dəqiq deyil.

Digər iki mənbə BVF və Dünya Bankının görüşləri çərçivəsində Suriyanın yenidən qurulması səyləri ilə bağlı yüksək səviyyəli danışıqların aparıla biləcəyini bildirib.