Rusiyada erməni kriminal avtoritet öldürüldü
20
13:00 - 12 Aprel 2025

Rusiya polisi Krasnodar diyarının Tuapse vilayətinin Dzeberkoy kəndində kriminal aləmlə əlaqəsi olan şəxsi kimyəvi qoruyucu geyim geyinərək qətlə yetirən naməlum şəxsi axtarır.
TNS xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Qətl səhər saat 10:20 radələrində baş verib.
Agentlik vurulan şəxsin criminal avtoritet, “Arsen Krasnoyarski” kimi tanınan Arsen Nacaryan olduğunu yazıb.
“Maş” Teleqram kanalı qoruyucu geyimdə olan şəxsin hovuzun yaxınlığında kişiyə yaxınlaşdığını və ona tapança ilə bir neçə dəfə atəş açdığını əks etdirən video yayımlayıb.