Close

ABŞ Ukraynanın bu ərazilərinin Rusiyaya verilməsini təklif etdi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftə Vaşinqtonda Putinin nümayəndəsi Kirill Dmitriyev ilə görüşdükdən sonra Trampa bildirib ki, “atəşkəs üçün ən sürətli yol Rusiyanın Ukraynanın dörd bölgəsinə iddialarını tanımaqdır”. Söhbət Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən gedir.

TNS xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoff bu fikri ilk dəfə səsləndirmir. Mart ayında o, Taker Karlsona deyib: "Onlar rusdillidirlər. Orada referendum keçirildi və əhalinin böyük əksəriyyəti Rusiyanın hakimiyyəti altında olmaq istədiklərini söylədi".

Eyni zamanda Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Uitkoffun ideyasına qarşı çıxıb.

Trampla görüşdə Keyt Kelloq Uitkoffla razılaşmadığını və Ukraynanın həmin ərazilərin tam mülkiyyət hüququnun birtərəfli qaydada Rusiyaya verilməsi ilə heç vaxt razılaşmayacağını bildirib.

“Görüş Trampın konkret qərar verməsi ilə nəticələnməsə də, Uitkoff ertəsi gün Putinlə görüşmək üçün Moskvaya uçub”,- "nəşr qeyd edib.