Close

ATƏT-in 37 üzvü Gürcüstanla bağlı bəyanat yaydı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) 37 üzvü Gürcüstanla bağlı bəyanat yayıb.

TNS-in xəbərinə görə, bu barədə "1tv.ge" nəşri məlumat verib.

Qeyd edilib ki, bəyanatda imzalayan dövlətlər Gürcüstanda insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.

"Fevraldakı son müzakirələrimizdən sonra, təəssüf ki, Gürcüstan hakimiyyətinin getdikcə daha çox öz demokratik və insan haqları öhdəliklərindən uzaqlaşdığının şahidi olduq. Bizim əsas narahatlıqlarımız üç istiqaməti əhatə edir: qanunvericilik səviyyəsində vətəndaş məkanının məhdudlaşdırılması; müstəqil KİV-ə qarşı yönəlmiş hərəkətlər, polis tərəfindən həddindən artıq güc tətbiq edilməsi, naməlum qruplar tərəfindən dinc nümayişçilərə qarşı zorakılıq; həmçinin əsassız olaraq ilkin həbslərin uzun müddət davam etməsi və ilkin həbsdə olanlara qarşı mümkün kobud rəftar edilməsi", - deyə məlumatda bildirilib.

Bəyanata əsasən ki, 37 ATƏT-ə üzv dövlət Gürcüstan hakimiyyətini bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları ilə inklüziv dialoqa başlamağa çağırır.

Bəyanat aşağıdakı dövlətlər adından verilib: Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rumıniya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Almaniya.