Close

Uitkoff Putinlə görüşdən əvvəl bu yerlərə gedib

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl Sankt-Peterburqda bir neçə yerə səfər edib.

TNS xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Uitkoff aprelin 11-də səhər saatlarında şimal paytaxtına gəlib. Rusiya prezidenti ilə danışıqlardan əvvəl o, “Grand Hotel Europe”a baş çəkib və orada Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə görüşüb.

Xüsusi nümüyəndə sinaqoqda da olub. Orada o, Sankt-Peterburqun baş ravvini Menahem Mendel Pevzner, həmçinin icmanın sədri Mark Qrubarqla görüşüb. Görüş yəhudilərin Pasxa bayramı ərəfəsində baş tutub.

Daha sonra o, şəhərin mərkəzində yerləşən Müqəddəs İsaak kilsəsini ziyarət edib. Orada ona ekskursiya təşkil olunub.

Uitfoff Sankt-Peterburqla tanışlığını Putinlə görüşdyü yerdə, Senat meydanında yerləşən Senat və Sinod binasındakı Yeltsin adına kitabxana ilə bitirib.