Close

Təyyarə eniş zamanı parçalandı - Xəsarət alanlar var

Mərakeşdə Fes-Saiss hava limanı yaxınlığında təyyarə uçuş-enmə zolağından kənarda eniş edib.

TNS xəbər verir ki, bu barədə “Morocco World News” nəşri yazıb.

Məlumata görə, üç ekipaj üzvü xəsarət alıb.

Təyyarədə sərnişinlərin olub-olmaması barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.