Close

Anbarda güclü partlayış baş verib - YENİLƏNİB

Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində pəncərə istehsalı sexində və qonşu anbarda baş verən yanğın və partlayış zamanı iki nəfər xəsarət alıb.

TNS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanıq xəsarətləri almış işçilər şəhər xəstəxanasına yerləşdiriliblər.

09:40

Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində güclü partlayış baş verib.

TNS xəbər verir ki, bu barədə “SHOT” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 12-də səhər saatlarında yerli anbarlardan birində baş verib.

"İlkin məlumata görə, hadisə köhnə və nasaz soyuducunun partlaması nəticəsində baş verib", - məlumatda qeyd olunub.

Jurnalistlərin bildirdiyinə görə, partlayışdan sonra anbarda yanğın başlayıb. Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları artıq hadisə yerinə gəliblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.