Hava limanında dəhşət - Sərnişin təyyarəsi yerə çırpıldı - VİDEO
395
20:00 - 11 Aprel 2025

ABŞ-ın Florida ştatında “Cessna 310R” təyyarəsi hava limanı yaxınlığında qəzaya uğrayıb.
TNS-in ABŞ mətbuatına istinadən xəbərinə görə, hadisəyə ilkin səbəbin texniki nasazlıq olması göstərilib.
Kiçik mühərrikli təyyarə havaya qalxdıqdan sonra bir neçə dəfə dövrə vurub. Nasazlıq səbəbindən pilot yanacağı boşaltmağa çalışıb.
6 nəfərdək sərnişini daşıya bilən hava gəmisinin göyərtəsində neçə nəfərin olduğu bilinmir.