Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü - YENİLƏNİB
26
23:40 - 11 Aprel 2025

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb
TNS xəbər verir ki, Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib.
Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.
18:48
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü başlayıb.
TNS xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Qeyd edək ki, görüş Sankt-Peterburqda keçirilir.