Close

Türkiyə və Ermənistan XİN başçıları Antalyada danışıqlar aparacaqlar

Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüş keçirəcək.

TNS Ermənistan KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu məlumatı təsdiqləyib.

Danışıqlar Antalyada keçirilən IV Diplomatiya Forumu (ADF2025) çərçivəsində aparılacaq.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ADF2025-in işində iştirak edir.