Suya düşən helikopterdə məşhur şirkətin rəhbəri və ailəsi olub
11
16:25 - 11 Aprel 2025

ABŞ-nin Nyu-York şəhərində helikopterin Hudson çayına düşməsi nəticəsində 6 nəfər ölüb.
TNS “New York Post”a istinadla xəbər verir ki, qəzada həyatını itirənlərin məşhur şirkətin baş direktoru və ailəsinin olduğu müəyyənləşdirilib.
Hadisə nəticəsində texnologiya nəhəngi “Siemens”in İspaniya filialının baş direktoru Aqustin Escobar, həyat yoldaşı, üç uşağı və pilot həlak olublar.
Ailənin Nyu Yorka İspaniyanın Barselona şəhərindən turist kimi gəldiyi öyrənilib. Onların havaya qalxmadan öncə helikopter meydançasında və kabinədə çəkilmiş son fotoları yayılıb.