Close

Almaniyadan Ukraynaya yeni hərbi yardım paketi

Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alacaq. 

TNS xəbər verir ki, bu barədə “The Guardian”da məumat yayılıb.

Bildirilib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanı daha dörd “IRIS-T” hava hücumundan müdafiə sistemini raketlərlə və “Patriot” sistemləri üçün daha 30 raketlə təmin edəcək.

Bundesverin məlumatına görə, paketə digər silah-sursatla yanaşı, 15 “Leopard 1” əsas döyüş tankı, pilotsuz kəşfiyyat təyyarəsi və əlavə 100 min artilleriya mərmisi də daxildir.

Bütün paketə 300 idarə olunan raketi olan 4 “IRIS-T” hava hücumundan müdafiə raket sistemi, 15 “Leopard 1A5” əsas döyüş tankı, 300 pilotsuz kəşfiyyat uçuş aparatı, 120 MANPADS, 14 artilleriya sistemi, 100 yer müşahidə radarı, 30 “Patriot” idarəolunan raketi, 5 döyüş maşını və 100 min ədəd patron daxildir.