Ayının hücum etdiyi qadından geriyə yalnız başı qaldı- FOTO

Rusiyanın Sverdlovsk vilayətində vəhşi ayı qadını parçalayaraq yeyib.
TNS xəbər verir ki, gecə gəzintisinə çıxan Anastasiya adlı qadının son anları təhlükəsizlik kameralarına düşüb. Həmin görüntülərdən sonra ondan bir daha xəbər alınmayıb.
Yerli sakinlərin xəbəri ilə başladılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadının yalnız kəsilmiş başı tapılıb. Səlahiyyətlilər bədənin qalan hissələrinin vəhşi heyvanlar tərəfindən yeyildiyini və ya müxtəlif yerlərə sürükləndiyini fərz edir.
Polis tapılan başın həqiqətən də Anastasiyaya aid olub-olmadığını təsdiqləmək üçün DNT testləri aparır.