Close

12:31
18 Aprel 2025

Gürcüstan Dəmir Yollarından Tbilisi-Bakı qatarının bərpası məsələsinə münasibət

Gürcüstan Dəmir Yolları Azərbaycanla dəmir yolu əlaqəsinin bərpa olunmasına münasibət bildirib.

TNS yerli KİV-ə istinadla xəbər verir ki, qurumdan bildirilib ki, tərəflər arasında danışıqlar davam etdirilir, dəqiq tarix isə daha sonra açıqlanacaq:

“Tərəflər sərnişin daşımalarının bərpası üçün intensiv şəkildə çalışırlar. Bu məsələyə dair hər iki ölkənin dəmir yolu idarələri və aidiyyəti qurumları arasında danışıqlar və texniki detallarla bağlı aydınlaşdırmalar aparılır. Dəqiq tarix sonradan elan ediləcək”.