Close

11:40
18 Aprel 2025

Ölənlərin sayı 200-ü ötdü

Aprelin 8-i Dominikan Respublikasının paytaxtındakı gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı artıb.

TNS xarici KİV-ə istinadla xəbər verir ki, ölənlərin sayı 218-ə, yaralananların sayı isə 200 nəfərə çatıb.

Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı ölən və yaralananların sayının artacağını istisna etməyib.