Close

Naviqatora inandı, avtomobillə 12 metrlik körpüdən düşdü - VİDEO

İndoneziyada “GoogleMaps” proqramından istifadə edən sürücü avtomobillə 12 metr hündürlükdəki körpüdən düşüb.

TNS xarici mediaya istinadən xəbər verir ki, naviqasiya proqramı sürücünü yeni və yarımçıq yola istiqamətləndirib.

Nəticədə avtomobil tikintisi tamamlanmamış körpüdəki beton maneələrin boşluğundan keçərək aşağıya düşüb.

Xoşbəxtlikdən sürücü və avtomobildə olan sərnişin ciddi xəsarət almadan xilas olublar.