Close

Yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” kapitallaşmasını artıraraq yenidən dünyanın ən dəyərli şirkəti olub.

TNS xəbər verir ki, şirkətin səhmləri 15,3% bahalaşaraq onun bazar kapitallaşmasını 2,59 trilyon dollardan 2,99 trilyon dollara çatdırıb.

Bundan əvvəl reytinqə başçılıq edən Microsoft 2,9 trilyon dollar kapitallaşma ilə ticarəti başa vuraraq liderliyini “Apple”a verib. Eyni zamanda, onun səhmləri də 10,1% bahalaşıb.

"Apple” və “Microsoft” şirkətlərinin bazar dəyərinin artması ticarət tariflərinin müvəqqəti dayandırılması nəticəsində Amerika bazarlarında bahalaşma fonunda baş verib.