Close

İstanbulda kritik görüş başlayıb

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci görüşü başlayıb.

TNS TASS-a istinadən verir ki, görüş Rusiya Baş Konsulluğunun binasında keçirilir.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

Xatırladaq ki, əvvəlki  Rusiya-Amerika məsləhətləşmələri fevralın 27-də İstanbulda ABŞ baş konsulunun iqamətgahında baş tutub və altı saatdan çox davam edib.