Close

19:40
17 Aprel 2025

Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib.

TNS xəbər verir ki, bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

"Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb", - o bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.