Aİ ölkələri ABŞ-yə qarşı ticarət tariflərini təsdiqləyib
17
17:40 - 09 Aprel 2025

Avropa İttifaqı ölkələri ABŞ-yə qarşı aprelin 15-dən tətbiq olunacaq ticarət tariflərini təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.
Qeyd edilib ki, bu gün Aİ-yə üzv ölkələr Avropa Komissiyasının ABŞ-yə qarşı ticarət əks-tədbirlərinin tətbiqi təklifinin lehinə səs verib.
"ABŞ ədalətli və balanslaşdırılmış danışıqlar nəticəsi ilə razılaşarsa, bu əks tədbirlər istənilən vaxt dayandırıla bilər", - məlumatda deyilir.