Rusiya üçün yeni təhdid: satanizm

Rusiya Dövlət Dumasında keçirilən iclasda satanizmin ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı qənaətinə gəlinib.
TNS xəbər verir ki, “Kommersant”ın məlumatına görə, Deputat Nikolay Burlyaev parlamentdə çıxışı zamanı Moskvada və Rusiyanın digər şəhərlərində “şeytani orgiyalar” haqqında çoxsaylı faktların olduğunu deyib.
Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov hesab edir ki, satanizm “birləşmiş Qərbin ölkəyə qarşı mübarizə formasıdır”.
Rusiya qanunvericiləri satanizmin, xüsusilə gənc nəsli ənənəvi dəyərlərdən və mənəvi ideallardan uzaqlaşdırmaqla dövlət təməllərinin sarsılmasına səbəb olduğunu düşünürlər.