Daha bir Qocalar evində yanğın: 20 nəfər ölüb
11
11:17 - 09 Aprel 2025

Çinin şimalındakı Xibey əyalətində qocalar evində yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
İlkin məlumata görə, yanğın zamanı 20 nəfər həyatını itirib, qalan sakinlər isə yaxınlıqdakı xəstəxanalarda müşahidə altına alınıblar.
Xəsarət alanların sayı açıqlanmayıb.