“Razılaşma əldə olunmasa, hərbi yola əl atacağıq”
21
10:09 - 09 Aprel 2025

"ABŞ və İran arasında nüvə razılaşması əldə olunmasa, biz hərbi varianta əl atacağıq”.
TNS xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranla nüvə silahı üzrə danışıqları ərəfəsində paylaşdığı videobəyanatda deyib.
Onun sözlərinə görə, İranın nüvə obyektləri ABŞ-nin nəzarəti altında tamamilə məhv edilməlidir.