Close

14:51
17 Aprel 2025
13:04
17 Aprel 2025

Gecə klubunda əyləncə faciə ilə nəticələndi: 98 ölü, 150 yaralı - YENİLƏNİB

Dominikan Respublikasının paytaxtındakı gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı artıb.

TNS xarici KİV-ə istinadla xəbər verir ki, ölənlərin sayı 98-ə, yaralananların sayı isə 150 nəfərə çatıb.

8 aprel, 23:58

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

TNS xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb.

“Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.