ABŞ İranı daha sərt sanksiyalarla hədələyib
11
20:40 - 08 Aprel 2025

ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.
TNS "CNBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib.
“İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib.
Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.