Tramp: "Çin ABŞ-la böyük sövdələşmə istəyir, Pekindən zəng gözləyirik"
12
19:00 - 08 Aprel 2025

ABŞ Prezidenti Donald Tramp Çinin əlavə rüsumlarla bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.
TNS xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşımında bildirib.
Tramp qeyd edib ki, Çin ABŞ-la böyük sövdələşmə istəyir, lakin onlar bu prosesə necə başlayacaqlarını bilmirlər.
"Çin sövdələşməni çox istəyir, amma buna necə başlayacağını bilmirlər. Biz Çindən zəng gözləyirik. Bu baş verəcək", - ABŞ Prezidenti vurğulayıb.