Close

23:50
16 Aprel 2025

Baş nazirin “X” hesabına haker hücumu olub

Hakerlər Çexiyanın Baş naziri Petr Fialanın “X” sosial şəbəkəsindəki səhifəsini sındıraraq yalan məlumat yayıblar.

TNS CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Lusiya Yeşatkova məlumat verib.

“Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu səhər baş nazirin “X” sosial şəbəkəsindəki səhifəsinə hücum edilib”, - sözçü deyib.

Yeşatkova qeyd edib ki, naməlum şəxslər baş nazirin səhifəsində ABŞ-nin rüsumlarına cavab olaraq Çexiyanın atacağı addımlar, Kalininqrad vilayətində sərhəd yaxınlığında beynəlxalq qüvvələrin tərkibində Baltikyanı ölkələrdə yerləşdirilən və Rusiyanın hücumuna məruz qalan çex əsgərləri barədə yalan məlumatlar yerləşdiriblər.