Edamların sayı artıb- Hansı ölkələr faktları gizlədir?

2024-cü ildə dünyada 1634 edam icra edilib ki, bu da 2023-cü illə müqayisədə 32% çoxdur.
TNS xəbər verir ki, bu barədə Beynəlxalq Amnistiya Təşkilatının illik hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, ötən il dünya üzrə edamların sayı 2015-ci ildən bəri rekord həddə çatıb.
Hesabatda ötən il edamların çoxunun Yaxın Şərq ölkələrində həyata keçirildiyi bildirilib. İran, İraq və Səudiyyə Ərəbistanı bütün qeydə alınan hadisələrin 91%-ni təşkil edib.
Ötən illə müqayisədə İraq bu rəqəmi təxminən 4 dəfə, Səudiyyə Ərəbistanı isə 2 dəfə artırıb.
Edamların artmasına baxmayaraq, onları həyata keçirən ölkələrin sayı rekord səviyyədə aşağı düşüb. 2024-cü ildə yalnız 15 ölkə ölüm cəzasından istifadə edib.
Çin, Şimali Koreya və Vyetnamdan olan məlumatlar hesabata daxil edilməyib, çünki bu ölkələrdə ölüm hökmünün icrası ilə bağlı məlumatlar məxfiləşdirilib. Təşkilat Suriya və Fələstindən də dəqiq məlumat ala bilməyib.