Close

23:50
16 Aprel 2025

Rekord qlobal temperatur qeydə alındı

Ötən ay qlobal temperaturun tarixi rekordu təzələnib. Avropada müşahidələrin aparılmağa başladığı dövrdən bəri ən isti mart qeydə alınıb.Yaranmış vəziyyət iqlim dəyişikliyi ilə bağlı beynəlxalq hədəfləri təhlükə altında qoyur.

TNS xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyinin Monitorinqi Xidməti məlumat yayıb.

Bildirilib ki, mart ayında Avropada orta temperatur 6 dərəcəlik (selsi) nöqtəni keçib.Qeyd olunan göstərici 2014-cü ilin martında pik temperatur kimi rekorda düşmüşdü.

Orta qlobal temperatur isə ötən ay sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,6 dərəcə (selsi) yüksəkdir.