Paşinyan ağır xəstədir?
11
11:31 - 08 Aprel 2025

Ermənistanın Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və tez-tez xəstəxanaya getməsi ilə bağlı xəbərlər yayılıb.
TNS xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, Nazirlər Kabinetinin rəhbəri vaxtaşırı Nairi Tibb Mərkəzinə baş çəkir.
Nəşr qeyd edib ki, Paşinyan həftədə iki dəfə xəstəxanaya gedir və bərpaedici sistemlər qəbul edir. VİP xəstəyə görə xəstəxananın işinin iflic olunduğu bildirilib.