Close

10:41
17 Aprel 2025
09:06
17 Aprel 2025
23:50
16 Aprel 2025

Tramp azərbaycanlı miqrantları bu ölkəyə deportasiya etdi

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başladılan ölkəni qeyri-qanuni mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində  fevral ayında 200 nəfərlik bir qrup təyyarə ilə Kosta Rikaya aparılıb.

TNS xəbər verir ki, bu barədə SWI məlumat yayıb.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşlarının olduğu bildirilib.

Nəşr qeyd edib ki, qrupdakı 16 Çin vətəndaşı Kosta-Rika hakimiyyətindən siyasi sığınacaq istəyib. Hazırda ölkənin Miqrasiya və Xarici Vətəndaşlarla İş üzrə Baş İdarəsi onların müraciətlərinə baxır. Sığınacaq üçün müraciət edənlərin immiqrasiya təcridxanasını tərk edib Kosta-Rikada işləmək hüququ var.

Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir.