İki nəhəng şirkət cərimələnəcək

Avropa İttifaqı yaxın günlərdə antiinhisar qanunlarını pozduqlarına görə Amerikanın texnologiya nəhəngləri “Apple” və “Meta”nı cərimələyə bilər.
TNS xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyasının (AK) xarici texnologiya şirkətləri tərəfindən rəqəmsal bazarlar və rəqəmsal xidmətlərlə bağlı icma qanunlarının pozulması ilə bağlı araşdırma aparmaq üçün müəyyən etdiyi 12 aylıq müddət başa çatmaq üzrədir. Brüssel Metanı 1 milyard dollardan çox cərimələmək niyyətindədir.
“Avropa tənzimləyiciləri, həmçinin internet operatorlarından ictimaiyyət tərəfindən qadağan olunmuş məzmunu məhkəmə qərarı olmadan silməyi tələb edən Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə “X”i cərimələyə bilər. Bununla belə, İlon Maska məxsus platforma ilə bağlı araşdırma hələ başa çatmayıb”,- Euractiv bildirib.