Close

23:50
16 Aprel 2025

Tramp Netanyahunun yanında Ərdoğanı təriflədi

"Prezident Ərdoğan çox ağıllı liderdir. Mən onu sevirəm. O da məni sevir”

TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp  Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Netanyahuya Türkiyə ilə bir problemi varsa, həll edə biləcəyini bildirib.

Trampın sözlərinə görə, Ərdoğan çox güclü insandır və 2000 ildə heç kimin etmədiyi bir şeyi edib, Suriyada nəzarəti ələ keçirib.