İran və ABŞ görüşü bu tarixdə olacaq
18
10:03 - 08 Aprel 2025

İran və ABŞ aprelin 12-də Omanda yüksək səviyyəli danışıqlar aparacaq.
TNS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “X” hesabında bildirib.
Diplomat qeyd edib ki, İran və ABŞ şənbə günü yüksək səviyyəli dolayı danışıqlar üçün Omanda görüşəcək. Bu görüş həm fürsət, həm də sınaqdır. Top Amerikanın meydançasındadır.