Close

Tramp: "ABŞ və İran nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparır"

“ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlayıb.”

TNS “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Qeyd edək ki, İran əvvəlcə dolayı müzakirələrə isti baxsa da, Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparmaq tələblərinə qarşı çıxmışdı.

Tramp isə öz növbəsində İranın nüvə proqramı ilə bağlı razılaşmanı hərbi qarşıdurmadan üstün tutacağını bildirib.