Husilər Təl-Əviv yaxınlığındakı hərbi obyekti vurublar
7
23:00 - 07 Aprel 2025

Yəmənin “Ənsar Allah” hərəkatı İsrailin Təl-Əviv bölgəsindəki hərbi obyektinə pilotsuz təyyarə ilə zərbələr endirib.
TNS xəbər verir ki, bu haqda hərakatın sözçüsü Yəhya Səriyə “Al Masirah” telekanalına məlumat verib.
"Silahlı qüvvələrimiz Yaffa bölgəsində (Tel-Əviv) pilotsuz uçan aparatdan istifadə edərək İsrailin hərbi obyektini məhv etmək üçün əməliyyat həyata keçirib", - hərəkatın nümayəndəsi bildirib.