Futbol meydançası helikopterlə quruduldu - VİDEO
11
16:00 - 07 Aprel 2025

İranın qərbində yerləşən Xürrəmabad şəhərində futbol meydançasının çəmənini qurutmaq üçün Qızıl Aypara Cəmiyyətinin helikopterindən istifadə edilib.
TNS xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Hadisə, xüsusən, sosial şəbəkələrdə geniş müzakirə və etiraza səbəb olub.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri hadisə ilə əlaqədar olaraq təşkilatın üç direktorunun işdən çıxarıldığını açıqlayıb.