Close

Boyun masajı etdirdi, insult oldu

Çində bir kişi boyun masajı etdirdikdən sonra insult keçirib.

TNS xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.

Çanqşa şəhərində proqramçı işləyən bir kişi uzun müddət kompüter arxasında oturduğu üçün boyun ağrısından əziyyət çəkib. Narahatlığı azaltmaq üçün yerli masaj salonuna müraciət edib. Lakin seans zamanı başında kəskin ağrı hiss edib.

Ertəsi gün o, bədəninin sol tərəfində uyuşma və nitq zəifliyi ilə oyanıb. Ona sağ yuxu arteriyasının disseksiyası və ikincili insult diaqnozu qoyulub.

"Qan damar divarına nüfuz edib, bu da onun daralmasına və beyin qan tədarükünün pozulmasına səbəb olub. Bu, ani xarici təsirlər səbəbindən baş verə bilər: güclü masaj, başın qəfil çevrilməsi və ya boyundakı digər manipulyasiyalar",- həkimlər bildirib.