İran qonşu ölkələri təhdid etdi

Tehran administrasiyası ABŞ ilə davam edən nüvə gərginliyi ilə bağlı qonşu ölkələrə ciddi xəbərdarlıq edib.
TNS Haberler.com-a istinadən xəbər verir ki, İranın yüksək rütbəli rəsmisi altı qonşu ölkəyə göndərilən rəsmi bəyanatda ABŞ-nin mümkün hücumuna hər hansı dəstəyin düşmənçilik hərəkəti kimi qiymətləndiriləcəyini bildirib.
İranın İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə göndərdiyi bəyanatda bu ölkələrin ABŞ-nin öz hava məkanından və ya ərazilərindən istifadə etməsinə icazə verməmələri istənilib.
"Belə bir vəziyyətin ciddi nəticələri olacaq" deyən İran rəsmisi, Ali Rəhbər Ayətullah Xameneinin silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verdiyini də xatırladıb.